MƏDİNƏYƏ HİCRƏT

müsəlmanların təqib olunmaları səbəbi ilə miladi 622- ci ildə Məkkədən Mədinəyə köçmüşdürlər. Hələ Məkkədə olarkən Məhəmməd peyğəmbər Ərəbistanın müxtəlif bölgələrində yaşayan insanları İslama dəvət edirdi. Onların arasında Mədinədən gələn zəvvarlar da olmuşdur. Onlar peyğəmbərlə görüşdükdən sonra İslamı qəbul etmişdirlər. Bundan sonra iki həcc mövsümündə mədinəlilər Əqəbədə ona sadiq olacaqlarına and içmişdirlər. Bundan sonra Məhəmməd peyğəmbər Mədinə müsəlmanları ilə yaxın münasibətdə olmuşdur və ilk əvvəl İslam dininin əsaslarını onlara öyrətmək üçün öz səhabələrini Mədinəyə göndərmişdir. Müsəlmanların Mədinəyə köçməsinə qədər mədinəlilərin çoxu artıq İslamı qəbul etmiş, Məkkə müsəlmanlarına sığınacaq verməyə hazır olmuşdurlar. Bu arada Məkkədə müsəlmanlara qarşı təqiblər dözülməz hala gəlib çatmışdır. Buna görə də, Məhəmməd peyğəmbər bütün müsəlmanlara Mədinəyə hicrət etmələrini əmr etmişdir. Qureyşlilər isə o zaman peyğəmbərə qarşı uğursuz sui-qəsd təşkil etmişdirlər. Ancaq, o zaman o evindən uzaqlaşıb Mədinəyə doğru yola düşmüşdür. Şəhərə daxil olan Məhəmməd peyğəmbəri şəhər sakinləri böyük coşqu ilə qarşılamış və salamlamışdırlar. O zaman müsəlmanların əksəriyyəti artıq Məkkəni tərk edib Mədinəyə hicrət etmişdirlər. Köç prosesi bundan sonra da müəyyən müddət davam etmiş və müsəlmanların çoxu Mədinədə məskunlaşmışdırlar. Mədinəyə hicrət İslam tarixinin ən önəmli hadisələrindən biridir. Məhz, Mədinəyə hicrətdən sonra müsəlman icması möhkəmlənmiş və müşriklər üzərində qələbə çalmışdır. Sonralar yaranacaq İslam dövlətinin əsasları da məhz burada qoyulmuşdur.
MƏDİNƏ
MƏDYƏN
OBASTAN VİKİ
Hicrət
Hicrət — ərəb sözü olub başqa yerə getmək, köçmək mənasını ifadə edir. Məhəmməd peyğəmbərin və onun tərəfdarlarının 622-ci ilin sentyabrında Məkkədən Mədinəyə köçməsi kimi tarixdə qalmışdır. Xəlifə Ömərin dövründə (634–644) Hicrət ili (622) müsəlman təqviminin başlanğıcı elan edildi. == Hicri təqvimi == Hicri təqvim, hicrətdən başlanan müsəlman təqvimidir. Hicri təqvim iki növdür: hicri-qəməri (ərəbcə-Ay) və hicri-şəms (ərəbcə-Günəş). Hicri-qəməri təqvimin ayları bunlardır: Məhərrəm; Səfər; Rəbiüləvvəl; Rəbiülaxır; Cəmadiyələvvəl; Cəmadiyəlaxır; Rəcəb; Şaban; Ramazan; Şəvval; Zilqədə; Zilhiccə.